16:19 17-05-2021
news_image
238
AVRO-2020

Xorvatiya yığmasının heyəti bəlli oldu – AVRO-2020

Xorvatiya millisinin AVRO-2020 üçün ilkin iştirak ərizəsi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Zlatko Daliç 26 nəfərdən ibarət heyəti açıqlayıb.

Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 7-si isə hücumçudur. Çalışdırıcı eyni zamanda 8 nəfərdən ibarət ehtiyat qüvvə də müəyyənləşdirib.

Qapıçılar: Lovre Kaliniç (“Hayduk”), Dominik Livakoviç (“Dinamo”, Zaqreb), Simon Sluqa (“Lyuton”);
Müdafiəçilər: Domaqoy Vida (“Beşiktaş”), Deyan Lovren (“Zenit”), Şime Vrsaliko (“Atletiko”), Borna Barişiç (“Reyncers”), Duje Kaleta-Kar (“Marsel”), Yosip Yuranoviç (“Legiya”), Domaqoy Bradariç (“Lill”), Mile Şkoriç (“Osiyek”), Yoşko Qvardiol (“Dinamo”, Zaqreb);
Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Mateo Kovaçiç (“Çelsi”), Marselo Brozoviç (“İnter”), Milan Badeli (“Cenoa”), Mario Paşaliç (“Atalanta”), Nikola Vlaşiç (MOİK, Moskva), Luka İvanuşeç (“Dinamo”, Zaqreb);
Hücumçular: İvan Perişiç (“İnter”), Andrey Kramariç (“Hoffenhaym”), Ante Rebiç (“Milan”), Yosip Brekalo (“Volfsburq”), Bruno Petrkoviç, Mislav Orşiç (hər ikisi “Dinamo”, Zaqreb), Ante Budimir (“Osasuna”).
Ehtiyat oyunçular: Filip Uremoviç (“Rubin”), Marko Livaya (“Hayduk”), Toma Başiç (“Bordo”), Marin Ponqraçiç (“Volfsburq”), Kristian Lovriç (“Qoritsa”), Lovro Mayer (“Dinamo”, Zaqreb), İvitsa İvişiç (“Osiyek”), Nikola Moro (“Dinamo”, Moskva).

Qeyd edək ki, Xorvatiya millisi AVRO-2020-nin D qrupunda İngiltərə, Şotlandiya və Çexiya ilə mübarizə aparacaq.