16:40 17-05-2021
news_image
248
AVRO-2020

Almaniya millisinin qapıçısı əməliyyat olunacaq - AVRO-2020-ni buraxacaq

Almaniya yığması AVRO-2020 öncəsi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, qapıçı Mark-Andre ter Ştegen qitə birinciliyini buraxacaq.

Bunu “Barselona”nın qolkiperi özü sosial şəbəkə vasitəsilə bəyan edib. Ulduz futbolçu mayın 20-də dizindən əməliyyat olunacağını və bu səbəbdən Avropa çempionatına yollanmayacağını yazıb.

Qeyd edək ki, Almaniya millisi AVRO-2020-də Portuqaliya, Fransa və Macarıstanla birlikdə F qrupunda yer alacaq.