16:53 17-05-2021
news_image
152
FUTBOL

Evinə oğru girdi - Neymarın

PSJ-nin hücumçusu Neymarın evinə oğru girib.

Apasport.az saytının məlumatına görə, hadisə Braziliya millisinin forvardının Parisdəki evində baş verib.

Dünən naməlum şəxs Neymarın villasına girsə də, təhlükəsizlik xidməti ona mane olub. Buna baxmayaraq, oğru hadisə yerindən qaçmağı bacarıb. Yerli polis çox keçmədən onu içində İncil kitabı dolu olan çanta ilə yaxalayıb. Soyğunçu polisə Neymara Tanrının sözünü çatdırmaq istədiyini söyləyib. Həmin şəxs müalicə olunması üçün psixiatriya mərkəzinə aparılıb.

Qeyd edək ki, son vaxtlar PSJ-nin bir neçə futbolçusunun evi qarət olunub.