22:19 17-05-2021
news_image
193
FUTBOL

Ronaldo avtomobillərini Turindən aparır - VİDEO

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo İtaliyanın “Yuventus” klubundan ayrılmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Turindən köçməyə başlayıb.

O, bu prosesə ilk növbədə avtomobil parkını köçürməklə başlayıb. Yayılan videoçarxda futbolçuya məxsus 7 avtomobilin yük maşınına mindirilməsi əks olunub. Lissabonun “Rodo Cargo” şirkətinin bu avtomobilləri hara apardığı hələ dəqiqləşməyib.

2018-ci ildə “Real”dan “Yuventus”a keçəndə də Ronaldo öncə parkını köçürüb. Futbolçu klub rəhbərliyindən xahiş edib ki, Çempionlar Liqasına vəsiqə qazanılmasa, onu buraxsın. Kriştianonun anası Dolores Aveyro isə oğlunun “Sportinq”ə qayıdacağını bəyan edib.

Qeyd edək ki, Ronaldo ilə “Yuventus”un müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.