19:01 17-05-2021
news_image
219
FUTBOL

Mükafatçıları təltif olundu – Azərbaycan çempionatının

Futbol üzrə Azərbaycan I Divizionunda 2020/21 mövsümünə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, sonuncu – XXVII turun “Zaqatala” – “Neftçi-2” qarşılaşması ilə mövsüm başa çatıb.

Türk Hava Yolları Futbol Mərkəzinin IV meydançasında baş tutan və “Neftçi”nin ikinci komandasının 4:0 hesabı ilə qalib gəldiyi görüşün ardından mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə 51 xalla 3-cü yeri tutan “Turan Tovuz” bürünc, 56 xalla ikinci olan “Zaqatala” isə gümüş mükafata yiyələnib. Ən sonda 64 xalla çempion olan Mahmud Qurbanovun komandası “Neftçi-2” qızıl medallara və kuboka qovuşub.

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan qaydalara görə, komandaların üzvləri medalları özləri bir-bir kürsüyə yaxınlaşaraq götürüb. “Neftçi”nin kapitanına çempionluq kubokunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.