10:21 18-05-2021
news_image
6928
FUTBOL

Çempionluq mükafatı bəlli oldu – “Neftçi”də

Premyer Liqanın son turunda sabah “Qarabağ”la qarşılaşacaq “Neftçi” rəqibin çempionluq seriyasını qırmaqda israrlıdır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubunun rəhbərliyi Ağdam təmsilçisi üzərində qələbəyə böyük mükafat vəd edib.

Flaqman “Qarabağ”ı məğlub edəcəyi təqdirdə, əsas heyət üzvlərinin hər biri 30 min manat qazanacaq. Ehtiyatdan meydana daxil olanların qazancı 20 min, iştirak ərizəsində yer alanlarda 15 min manat təşkil edəcək. Texniki heyətə isə 10 min manatlıq mükafat vəd olunub.

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu 20:30-da başlayacaq. Son tur öncəsi “Qarabağ”ın 57, “Neftçi”nin isə 56 xalı var.