11:01 18-05-2021
news_image
353
FUTBOL

STATİSTİKA: “Neftçi” & “Qarabağ” – 22:30

Sabah Azərbaycan derbisi keçiriləcək.

Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Qarabağ” arasındakı bu dəfəki duel əvvəlki oyunlardan fərqlənəcək.

“Dalğa Arena”da təşkil olunacaq görüş ölkə çempionunun adına aydınlıq gətirəcək. Milli çempionatların daimi iştirakçılarının bu qarşılaşması iki rəqib arasında 83-cü matç olacaq.

İlk dəfə 1992-ci ildə çempionat duelində qarşılaşan “Qarabağ”la “Neftçi” indiyədək 82 dəfə qarşılaşıb. Bu oyunlarda Ağdam klubu böyük üstünlüyə malikdir. Əyalət təmsilçisi 30 qələbə qazanıb və eyni sayda heç-heçə edib. Bakılılar isə 22 dəfə qalib olub. Texniki nəticənin nəzərə alınmadığı top fərqi də “Qarabağ”ın xeyrinədir. 92 qol vuran ağdamlılar 75 top buraxıb.

Düzdür, son matçlarda “Neftçi” daha üstündür. Bakılılar cari mövsümün üç matçından ikisində - hər ikisi səfərdə qələbə qazanıb. Ağdamlıların yeganə qələbəsi isə darmadağınla olub. Ümumiyyətlə, son 5 oyundan yalnız birində “Qarabağ” üç xala sevinib.

“Neftçi” 40-cı dəfə rəqibini qonaq edəcək. Paytaxt təmsilçisinin meydanındakı əvvəlki 39 qarşılaşmada tərəflər hərəyə 12 dəfə qalib olub. 15 matçda isə sülh qeydə alınıb. Top fərqi ağdamlıların xeyrinədir – 42:36. “Dalğa Arena”da qələbə qazanacaq komanda ümumi balansda üstünlük qazana biləcək. “Neftçi” son ev matçında qol buraxıb və qələbə qazanmayıb.

Qeyd edək ki, XXVIII turun matçında “Neftçi” mütləq qalib gəlməlidirsə, “Qarabağ”a 1 xal da kifayətdir.

26.09.1992

Neftçi - Qarabağ

1:1

20.10.1992

Qarabağ - Neftçi

2:1

16.10.1993

Neftçi - Qarabağ

1:1

03.04.1994

Qarabağ - Neftçi

1:0

02.10.1994

Neftçi - Qarabağ

3:2

12.02.1995

Qarabağ - Neftçi

0:0

17.09.1995

Neftçi - Qarabağ

2:2

06.03.1996

Qarabağ - Neftçi

1:1

29.04.1996

Qarabağ – Neftçi

1:2

06.06.1996

Neftçi – Qarabağ

2:2

11.12.1996

Neftçi - Qarabağ

0:0

17.05.1997

Qarabağ - Neftçi

2:1

22.11.1997

Qarabağ - Neftçi

1:0

02.05.1998

Neftçi - Qarabağ

1:1

23.09.1998

Qarabağ - Neftçi

1:0

30.01.1999

Neftçi - Qarabağ

0:0

24.04.1999

Qarabağ - Neftçi

1:0

15.05.1999

Neftçi - Qarabağ

0:0

14.11.1999

Neftçi - Qarabağ

2:0

02.04.2000

Qarabağ - Neftçi

1:1

04.11.2000

Qarabağ - Neftçi

0:4

04.03.2001

Neftçi - Qarabağ

+:-

11.11.2001

Neftçi - Qarabağ-Azərsun

1:0

17.03.2002

Qarabağ-Azərsun - Neftçi

1:0

11.07.2003

Neftçi - Qarabağ-Azərsun

2:0

13.03.2004

Qarabağ-Azərsun - Neftçi

1:3

05.12.2004

Neftçi - Qarabağ

1:0

04.05.2005

Qarabağ - Neftçi

2:1

22.08.2005

Qarabağ - Neftçi

2:2

16.02.2006

Neftçi - Qarabağ

2:0

18.09.2006

Neftçi - Qarabağ

0:0

27.04.2007

Qarabağ - Neftçi

0:2

25.11.2007

Neftçi - Qarabağ

0:0

17.05.2008

Qarabağ - Neftçi

0:0

08.11.2008

Qarabağ - Neftçi

1:1

26.04.2009

Neftçi - Qarabağ

0:1

18.10.2009

Qarabağ - Neftçi

1:0

03.02.2010

Neftçi - Qarabağ

0:0

10.04.2010

Qarabağ - Neftçi

2:0

15.05.2010

Neftçi - Qarabağ

0:0

08.08.2010

Neftçi - Qarabağ

1:1

28.11.2010

Qarabağ - Neftçi

0:1

03.04.2011

Neftçi - Qarabağ

2:0

13.05.2011

Qarabağ - Neftçi

3:0

25.10.2011

Neftçi - Qarabağ

3:2

26.11.2011

Qarabağ - Neftçi

1:2

01.04.2012

Qarabağ - Neftçi

0:0

29.04.2012

Neftçi - Qarabağ

2:1

11.08.2012

Qarabağ - Neftçi

1:0

02.12.2012

Neftçi - Qarabağ

0:1

06.04.2013

Neftçi - Qarabağ

1:2

04.05.2013

Qarabağ - Neftçi

1:2

28.09.2013

Neftçi - Qarabağ

0:0

08.12.2013

Qarabağ - Neftçi

3:1

28.02.2014

Neftçi - Qarabağ

1:4

27.04.2014

Qarabağ - Neftçi

1:1

27.09.2014

Neftçi - Qarabağ

1:3

07.12.2014

Qarabağ - Neftçi

0:0

19.02.2015

Neftçi - Qarabağ

0:1

25.04.2015

Qarabağ - Neftçi

3:2

26.09.2015

Qarabağ - Neftçi

1:1

29.11.2015

Neftçi - Qarabağ

1:0

20.02.2016

Qarabağ - Neftçi

2:0

16.04.2016

Neftçi - Qarabağ

1:2

21.08.2016

Qarabağ - Neftçi

3:0

25.10.2016

Neftçi - Qarabağ

0:2

29.01.2017

Qarabağ - Neftçi

1:1

29.04.2017

Neftçi - Qarabağ

1:2

11.08.2017

Neftçi - Qarabağ

1:3

01.12.2017

Qarabağ - Neftçi

1:0

14.03.2018

Neftçi - Qarabağ

0:0

06.05.2018

Qarabağ - Neftçi

0:1

26.08.2018

Qarabağ - Neftçi

1:1

28.10.2018

Neftçi - Qarabağ

3:1

03.02.2019

Qarabağ - Neftçi

1:1

11.05.2019

Neftçi - Qarabağ

2:3

15.09.2019

Qarabağ - Neftçi

2:0

01.11.2019

Neftçi - Qarabağ

0:0

08.02.2020

Qarabağ - Neftçi

0:0

20.09.2020

Qarabağ - Neftçi

1:2

08.11.2020

Neftçi - Qarabağ

0:6

13.02.2021

Qarabağ - Neftçi

1:2