12:16 18-05-2021
news_image
126
FUTBOL

“Dalğa Arena”ya gedəcək - üçüncü yerin sahibi

Sabah Azərbaycan Premyer Liqasında 2020/2021-ci illər mövsümünün mükafatlandırma mərasimi keçiriləcək. 

Apasport.az saytının məlumatına görə, tədbir “Dalğa Arena”da təşkil olunacaq. 

Son turun “Neftçi” – “Qarabağ” görüşündən sonra baş tutacaq mərasimdə gümüş və bürünc mükafatçılara medallar, çempion komandaya isə medallar və kubok təqdim olunacaq.