14:34 18-05-2021
news_image
3416
FUTBOL

Çempionlar Liqasında səbəti – “Qarabağ”la “Neftçi”nin fərqli taleyi

Çempionlar Liqasında mübarizə aparacaq Azərbaycan klubunun ilk püşkatma zamanı yer alacağı səbət müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqada qalib olsa, “Qarabağ” səpələnmiş, “Neftçi” səpələnməmiş sırasında yer alacaq.

UEFA reytinqi kifayət qədər yüksək olan Ağdam təmsilçisinin tək birinci deyil, ikinci raundda da səpələnmişlər sırasında qərarlaşacağı xeyli öncədən bilinirdi. 

“Neftçi”nin taleyi isə digər ölkələrdə çempionun kimliyindən asılı idi. Artıq bakılıların əmsalının səpələnmək üçün yetərli olmadığı məlumdur. “Ağ-qaralar”ın II təsnifat mərhələsinin püşkatmasında hansı səbətdə olması isə ilk raunddakı rəqibindən asılıdır. Çünki ikinci raundun püşkündə cütlər iştirak edəcək.