14:59 18-05-2021
news_image
106
FUTBOL

Şikayəti təmin edildi – “Sumqayıt”ın

“Sumqayıt” və “Zirə” klublarının apelyasiya şikayətinə baxılıb.

Apasport.az saytının məlumatına görə, qərara əsasən, “gənclik şəhəri” təmsilçisinin etirazı qismən təmin edilib.

“Kimyaçılar”ın müdafiəçisi Camaləddin Xocaniyazova AFFA İntizam Komitəsi tərəfindən verilən 4 oyun kənarlaşdırılma cəzası və kluba tətbiq edilən 3200 manat cərimə müvafiq olaraq 2 matçlıq diskvalifikasiya və 1600 manat cərimə ilə əvəzlənib.

AFFA İntizam Komitəsinin “Zirə”nin məşqçisi Eltun Yaqublu barədə verdiyi 10 oyunluq cəza isə qüvvədə saxlanılıb.