16:18 18-05-2021
news_image
163
FUTBOL

Üç futbolçusu ilə vidalaşdı - çempion

Almaniya çempionu “Bavariya” klubu üç futbolçusu vidalaşıb.

Apasport.az saytının məlumatına gərə, Münhen təmsilçisi David Alaba, Cerom Boatenq və Xavi Martineslə yollarını ayırdığını açıqlayıb. 

Hər üç futbolçunun müqaviləsi başa çatıb. Onlarla anlaşma uzadılmayıb.

28 yaşlı Alaba “Bavariya” ilə 2 dəfə Çempionlar Liqası, 10 dəfə Bundesliqanın, 6 dəfə ölkə kubokunun qalibi olub. 32 yaşlı Boatenqlə Martines ondan bir çempionluq və bir kubok geri qalır.