01:02 19-05-2021
news_image
409
FUTBOL

Ayrılmaq üçün “Kayserispor”la oyuna qəsdən getmədi – Məsut Özil

“Fənərbaxça”nın qış fasiləsində heyətinə cəlb etdiyi Məsut Özil komandadan ayrılmaq fikrinə düşüb.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu karyerasını ABŞ-da davam etdirmək arzusundadır.

Almaniya millisinin sabiq üzvünün hətta bu səbəbdən Super Liqanın son turunda “Kayserispor”la səfər matçına zədəsini bəhanə edərək yollanmadığı bildirilir. Ölkə çempionatının 3-cü pillədə tamamlayan “sarı-lacivərdlilər”in uğursuz çıxışının Özilə pis təsir etdiyi və oyunçunun bu üzdən ayrılmağı düşündüyü vurğulanıb.

Qeyd edək ki, Məsut Özil ilin əvvəlində “Fənərbaxça” ilə 3,5 illik müqavilə imzalayıb.