17:56 18-05-2021
news_image
185
FUTBOL

4 futbolçusuna şərt – “Barselona”dan

“Barselona” mövsümün sonunda 4 aparıcı futbolçusunun maaşında endirimə getməyə çalışacaq.

Apasport.az saytının məlumatına görə, rəhbərlik müdafiəçilər Jerar Pike (34 yaş), Serxi Roberto (29), yarımmüdafiəçi Serxio Buskets (32) və hücumçu Antuan Qrizmannla (30) bununla bağlı görüş keçirəcək.

Kataloniya təmsilçisi adıçəkilən oyunçuların gələn mövsümdən fədakarlıq etmələrini və maaşlarının azaldılmasına razılıq vermələrini istəyir. Rəhbərlik bununla yeni transferlər üçün büdcəni artırmağa, Serxio Aquero, Memfis Depay kimi oyunçularla müqavilə bağlamağa şərait yaratmaq istəyir. Əgər həmin 4 oyunçu müsbət cavab verməsə, transferə çıxarılacaq.

Qeyd edək ki, La Liqada çempionluq şansını itirən “Barselona” sona bir tur qalmış 76 xalla 3-cü pillədə qərarlaşır.