22:09 18-05-2021
news_image
369
STOLÜSTÜ OYUNLAR

Azərbaycan çempionu bəlli oldu - şahmatda

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. 

Apasport.az saytının məlumatına görə, Naxçıvanda təşkil olunan yarışın qalibi adını Vasif Durarbəyli qazanıb. 

29 yaşlı qrossmeyster finalda Nicat Abbasovu 4:2 hesabı ilə məğlub edib. 

3-cü yeri isə Nicat Məmmədov tutub. O, bürünc medal uğrunda görüşdə Eltac Səfərlidən güclü olub. 

Qeyd edək ki, Durarbəyli çempionluq sayəsində Dünya Kubokuna vəsiqə də qazanıb.