10:22 19-05-2021
news_image
129
FUTBOL

“Azərbaycanlılar da keyfiyyətli futbol oynamağa başlayıblar” - Oança

“Milliyə üçüncü dəfə dəvət alıram. Ümid edirəm ki, qarşıdakı matçlarda uğurlu çıxış edə biləcəyəm”.

Apasport.az saytının məlumatına görə, bunu Moldova yığmasının futbolçusu Yevgeni Oança deyib.

Yerli mətbuata açıqlama verən 25 yaşlı yarımmüdafiəçi Türkiyə və Azərbaycan millisi ilə keçiriləcək yoldaşlıq görüşü barədə fikirlərini bölüşüb: “İndi bütün yığmalar müasir futbol oynamağı öyrəniblər. Şübhəsiz ki, türkiyəli futbolçular yüksək səviyyədədir. Azərbaycanlılar da keyfiyyətli futbol oynamağa başlayıblar. Rəqibləri qiymətləndirməmək olmaz”.

Qeyd edək ki, iyunun 3-də Paderbornda Türkiyə ilə qarşılaşacaq Moldova yığması ayın 6-da Kişinyovda Azərbaycan millisini qəbul edəcək.