13:11 19-05-2021
news_image
341
DİGƏR NÖVLƏR

10 idmançı arasında 10-cu - Fatimə Əlkərəmova

Macarıstanın paytaxtı Budapeştdə keçirilən su idman növləri üzrə Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha bir Azərbaycan idmançısı start xəttinə çıxıb.

Üzgüçümüz Fatimə Əlkərəmova 200 metri sərbəst üsulla qət edib. O, təsnifat mərhələsində finişə 2 dəqiqə 9,60 saniyəyə çatıb.

Fatimə ikinci qrupda 10 üzgüçü arasında sonuncu olub. O, 66 idmançının mübarizə apardığı təsnifat mərhələsinin yekununda 60-cı yeri tutub. Bununla da Əlkərəmova yarımfinala vəsiqə qazana bilməyib.