13:53 22-05-2021
news_image
418
FUTBOL

Yığmasını dəyişənlər – Ozobiç də siyahıya düşməyə hazırlaşır

“Mançester Siti”nin müdafiəçisi Aymerik Laporte bu yaxınlarda milliləşdirilərək İspaniya yığmasına çağırılıb.

Apasport.az saytının məlumatına görə, buna qədər bir neçə dəfə Fransa millisinə çağırılan 27 yaşlı futbolçu orada özünə yer edə bilməyincə, FİFA-nın da razılığını aldıqdan sonra İspaniya vətəndaşlığını qəbul edib.

Laporte bu dəyişikliyə gedən ilk oyunçu deyil. İndiyə qədər bir çox futbolçu FİFA-nın tələblərinə əməl etməklə yığmalarını dəyişib. Azərbaycan millisinin sabiq müdafiəçisi Pavel Paşayevi də nümunə kimi göstərmək olar. 2009-cu ildə Ukrayna yığmasının heyətində 2 yoldaşlıq görüşündə iştirak edən Paşayev 2015-ci ildən yığmamıza çağırılıb.

Bundan başqa, hazırda “Qarabağ”ın şərəfini qoruyan Filip Ozobiçin də yaxın müddətdə Azərbaycan millisinə dəvəti gözlənilir. Halbuki yarımmüdafiəçi 2017-ci ildə iki görüşdə Xorvatiya yığmasının formasını geyinib.

Yığmasını dəyişən ən yaxşı 8 futbolçu aşağıdakılardır:
1. Aymerik Laporte (Fransa - İspaniya)
2. Munir El-Haddadi (İspaniya – Mərakeş)
3. Dieqo Kosta (Braziliya - İspaniya)
4. Abdu Diallo (Fransa - Seneqal)
5. Ceffri Kondoqbiya (Fransa – MAR)
6. Vilfred Zaha (İngiltərə - Fil Dişi Sahili)
7. Naser Çadli (Mərakeş - Belçika)
8. Mario Fernandes (Braziliya - Rusiya)