13:45 19-05-2021
news_image
1119
FUTBOL

“Qara siyahı”sı - “Neftçi”nin

Premyer Liqanın son turunda bu gün “Qarabağ”la çempionluq matçına çıxacaq “Neftçi” vaxt itirmədən gələn mövsümün planlarını da cızır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı klubu bu qarşılaşmadan sonra yola salacağı ilk futbolçuları artıq müəyyənləşdirib.

Müqavilə müddəti başa çatan qapıçı Səlahət Ağayev, hücumçu Stiven Jozef-Monroz və Sofiya MOİK-indən icarəyə götürülən digər forvard Ahmed Ahmedovla yeni sözləşmə imzalanmayacaq. Eyni zamanda Fəhmin Muradbəyli və anlaşması gələn ilin yayına qədər olan müdafiəçi Rener Alves də yola salınacaq. Paytaxt təmsilçisində hələ də debüt etməyən braziliyalının müqaviləsində daha 1 illik yeni saziş bağlamaq maddəsi olsa da, onunla ayrılmaq qərarı qəbul olunub.

Millimizin müdafiəçisi Anton Krivotsyukun da flaqmanla vidalaşmaq variantı var. 23 yaşlı oyunçu ilə yeni müqavilə məsələsində hələlik razılıq əldə olunmayıb. Krivotsyuk karyerasını hətta vətəni Ukraynada davam etdirə bilər.

Gənc yarımmüdafiəçi İsmayıl Zülfüqarlının da növbəti mövsümü “Neftçi”də keçirməsi nəzərdə tutulmayıb. Rəhbərlik 2024-cü ilin yayına qədər sözləşməsi olan 20 yaşlı oyunçunun oyun təcrübəsi toplamaq üçün icarəyə verilməsi planlaşdırılır.