15:01 19-05-2021
news_image
156
FUTBOL

6 ayrılıq, 1 transfer – “Qalatasaray”dan

Türkiyə Super Liqasında mövsümü 2-ci pillədə başa vuran “Qalatasaray” heyətdə təmizlik işlərinə başlayıb.

Apasport.az saytının məlumatına görə, “cim-bom” artıq 6 futbolçu ilə yollarını ayırıb.

Martin Linnes, Şener Özbayraklı, Əmrə Taşdemirlə yeni müqavilə imzalanmayıb, həmçinin icarədə olan Oqenekaro Etebo, Marselo Sarakki və Gedson Fernandes müqavilə ilə məxsus olduqları klublara qayıdıblar.

Arda Turan və Əmrə Akbaba ilə yeni sözləşmə planlaşdıran rəhbərlik Ömər Bayram, Rayan Donk, Halil Dərvişoğlu və Henri Onyekuru ilə bağlı qərarını qətiləşdirməyib.

Heyətini gücləndirmək üçün də hərəkətə gələn “sarı-qırmızılılar” “Kasımpaşa” ilə müqavilə müddəti ayın sonuna qədər olan Aytaç Kara ilə ilkin sözləşmə imzalayıb.