19:42 19-05-2021
news_image

İrina Zaretska finalda - Asiman Qurbanlı üçün bürünc şansı

Azərbaycan karateçisi İrina Zaretska Avropa çempionatının finalına yüksəlib. 

Apasport.az saytının məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Ketrin Pedersona (Danimarka) qalib gəlib.

Daha öncə Teodosiya Giamoki (Kipr), Alizee Agier (Fransa) və Alisa Buçingeri (Avstriya) məğlub edən təmsilçimiz həlledici görüşdə yunanıstanlı Vasiliku Pnetsidu (Yunanıstan) ilə üz-üzə gələcək.     

Milli komandanın ağır çəkidə idmançısı Asiman Qurbanlı (+84 kq) isə Avropa çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq. O, yarımfinalda serbiyalı Slobodan Biteviçə məğlub olub. 

Əvvəlki döyüşlərdə isə Qurbanlı Miçel Çorbalanı (Danimarka), Mehdi Filalini (Fransa) və Lardi Tayrron-Darneli (Niderland) məğlub edib. Qitə üçüncüsü olmaq üçün Asiman Herolind Nişevçi (Kosova) ilə görüş gözləyir. 

Medallar uğrunda həlledici görüşlər 22 Mayda keçiriləcək.

Onlardan fərqli, Neda Rezai və Roman Heydərov (fərdi kata) yarışı ilkin mərhələlərdə başa vurublar. Fəridə Əliyeva (+68 kq) isə zədə aldığından çempionata qatılmayıb.