20:24 19-05-2021
news_image
96
FUTBOL

Komandasının mövsümdəki oyunundan razı qaldı - Elmar Baxşıyev

“Mövsümün son oyunu idi. Komandanı bu durumda - iddiasını itirəndən sonra oyuna motivasiya etmək çətindir”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XXVIII turunun “Keşlə” – “Qəbələ” matçından (3:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

O, oyunsonrası mətbuat konfransına qarşılaşma barədə fikirlərini açıqlayıb: “Ümumilikdə futbolçular verilən tapşırığı meydanda göstərməyə çalışdı. “Vurmayana vurarlar” prinsipi özünü göstərdi. Çoxsaylı hücumlar qursaq da, tamamlamaqda çətinlik çəkdik. Ceyms Adeniyinin zədələnərək meydandan çıxması işimizi bir az çətinləşdirdi. Komandanın mövsümdəki oyundan və yanaşmasından razı qaldım”.