22:01 19-05-2021
news_image
49
FUTBOL

Mahir Emreli də zədələndi – “Qarabağ”da ikinci itiki

“Qarabağ” daha bir ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” ilə matçın ikinci hissəsində hücumçu Mahir Emreli də zədələnib.

Qarşılaşmanın ikinci hissəsində ayağından xəsarət alan milli komandamızın futbolçusu özünü yerə atıb və əvəzlənmə işarəsini göstərib. Oyunu davam etdirə bilməyən Ağdam klubunun bombardirini yarımmüdafiəçi Uroş Matiç əvəzləyib.

Qeyd edək ki, “Qarabağ”da birinci hissədə zədələnən yarımmüdafiəçi Patrik Andare də ikinci hissənin əvvəlində əvəzlənib.