22:35 19-05-2021
news_image
90
FUTBOL

“Ona dedik ki, qol vuracaqsan, udacağıq” - Samir Abasov

“Nə deyəcəyimi doğrudan da bilmirəm. Çox çətin oyun keçdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

O, Azərbaycan çempionluğunun qazandığı “Qarabağ”la görüş barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “O qədər inanırdıq ki... Hətta Ahmedi də meydana buraxanda dedik ki, qol vuracaqsan, udacağıq. Bu qələbəni azarkeşlərimizə halal olsun. Onlar bunu çoxdan gözləyirdilər. Bizi necə yola saldılarsa, onların qabağında başıaşağı olmadıq. Sevindirdik. Bu il, minimum deyil, maksimumu bacardıq. İndi avrokuboklara hazırlaşacağıq. Çempionluq barədə düşünməmişdim. Qarşımda vəzifə yox idi. İnanırdım ki, yaxşı komanda qura biləcəyəm. Bu futbolçular bacarıqlıdırlar. Özümə inandıq, bu da nəticəsi”.