22:36 19-05-2021
news_image
113
FUTBOL

Samir Abasov göz yaşlarını saxlaya bilmədi - FOTO

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün çempionu "Neftçi" "Qarabağ"la keçirilən son tur matçının ardından qələbə sevincini yaşayıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubuna qızıl medalları qazandıran baş məşqçi Samir Abasov isə sevinc göz yaşlarını saxlaya bilməyib.

Texniki zonada oturan təcrübəli mütəxəssis hisslərini cilovlaya bilməyib. Daha sonra köməkçiləri və futbolçular yaxınlaşaraq onu təbrik edib. Həmçinin meydana daxil olan klub prezidenti Kamran Quliyev də göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, "Qarabağ" üzərində 1:0 hesablı qələbə qazanan "Neftçi" çempion olaraq, Çempionlar Liqasına vəsiqə əldə edib.