22:45 19-05-2021
news_image
228
FUTBOL

“Həmişə qalib ola bilmərik” – Qurban Qurbanov

“Futbolun gözəlliyi budur. Oyunda həyəcan böyük idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Premyer Liqanın “Neftçi” ilə görüşü barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Bu, futbola sevgini daha da artırır. Mövsümboyu yaşanan həyəcan bu 90 dəqiqədə də oldu. Həmişə qalib ola bilmərik. Belə vəziyyətlərə hazır olmalıyıq. Samir Abasovu təbrik edirəm. Onun uğuruna sevinirəm. Uduzmağı bacarmaq lazımdır. Bu, futbolun, idmanın prinsipidir. Ağır mövsüm keçdi. Sonadək mübarizə apardıq. Futbolçularımdan razı qaldım”.