23:06 19-05-2021
news_image
174
FUTBOL

“Sevinirəm ki, vacib qolu vura bildim” - Ahmed Ahmedov

“Bu qələbəni ailəmə həsr edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Ahmed Ahmedov deyib.

Bolqarıstanlı legioner Premyer Liqanın son turunda vurduğu qolla bakılılara çempionluq gətirib. O, qarşılaşmadan sonra “Qarabağ”la matç barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Çox sevinirəm. Məşqçilər mənə meydana çıx deyəndə, mənə inandıqları üçün heç bir təzyiq hiss etmədim. Sevinirəm ki, vacib qolu vura bildim. Bütün qarşılaşmalarda belə oynaya bilmədim. Buna zədələr də səbəb oldu”.