09:24 20-05-2021
news_image
129
FUTBOL

Görünməmiş hadisə - Premyer Liqa tarixində

İngiltərə Premyer Liqasında tarixi göstərici qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, cari mövsümdə qonaqlar meydan sahiblərindən daha çox qələbə qazanıb.

Düzdür, hələ sonuncu – 38-ci turun oyunları var. Lakin 150 qələbəsi olan qonaqlar üstünlüyü əldən verməyəcək. Çünki evdə oynayan komandalar cəmi 137 dəfə üç xal əldə edib. Son 10 matç bu balansı əks tərəfə dəyişməsi mümkünsüzdür.

Bu, İngiltərə çempionatları tarixində ilk belə hadisədir. Nə Premyer Liqa, nə də onun sələfi olan üç yüksək dəstənin heç birində belə hal yaşanmayıb.

Qeyd edək ki, mövsümün böyük hissəsi azarkeşlərsiz keçirildiyindən meydan sahibləri dəstək baxımından üstünlüyə malik olmayıb.