09:28 20-05-2021
news_image
100
FUTBOL

Bakı səfəri üçün 29 futbolçu – üçü kənarda qalacaq

İsveçrə millisinin AVRO-2020 üçün heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ilkin heyətə 29 futbolçu daxil edilib.

İyunun 1-dək bu oyunçulardan üçü siyahıdan kənar düşəcək. Qrup mərhələsinin iki matçını Bakıda keçirəcək İsveçrə millisi Uels və Türkiyə ilə ölkəmizdə qarşılaşacaq. İtaliya ilə matç isə Romada təşkil olunacaq.

Qapıçılar: Yann Zommer (Borussiya M), Yonas Omlin (Monpelye), İvon Mvoqo (PSV), Qreqor Kobel (Ştutqart);

Müdafiəçilər: Rikardo Rodriqes (Torino), Niko Elvedi (Borussiya M), Manuel Akanci (Borussiya D), Eray Komert, Silvan Vidmer (Bazel), Kevin Mbabu (Volfsburq), Fabian Şer (Nyukasl), Loris Benito (Bordo), Cordan Lotomba (Nitsa), Beçir Omeraqiç (Sürix);

Yarımmüdafiəçilər: Qranit Caka (Arsenal), Remo Froyler (Atalanta), Denis Zakariya (Borussiya M), Cibril Sou, Stiven Zuber (Ayntraxt), Kristian Fassnaxt (Yanq Boyz), Edimilson Fernandes (Mayns);

Hücumçular: Ruben Varqas (Auqsburq), Cerdan Şakiri (Liverpul), Admir Mehmedi (Volfsburq), Haris Seferoviç (Benfika), Bril Embolo (Borussiya M), Mario Qavranoviç (Dinamo Z), Dan Ndoye (Nitsa), Andi Zekiri (Brayton).