12:44 20-05-2021
news_image
186
FUTBOL

“İrəli çıxmağımıza mane olan çox səbəb var idi” – Maksim Medvedev

“Bu oyuna kimi çox uzun və ağır yol gəldik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev Azərbaycan Premyer Liqasının XXVIII turunda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Bəzi problemlərlə üzləşdiklərini söyləyən 32 yaşlı müdafiəçi “Neftçi”ni çempionluq münasibətilə təbrik edib: “Bizim irəli çıxmağımıza mane olan çox səbəb var idi. İndi, bəlkə də, emosiyanın altındayam, bu üzdən çox şey demək istəmirəm. “Neftçi”ni də təbrik edirəm. Ümid edirəm ki, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil edəcəklər və ölkənin reytinqini artıracaqlar”.

Medvedev “Neftçi”nin qapısı qarşısında yaranmış mübahisəli epizodlar barədə də fikir bildirib: “Oyun gedə-gedə nə baş verdiyini deyə bilmərəm. Təkrara baxanda hamı görür ki, əslində nələr baş verib”.