12:54 20-05-2021
news_image
347
TOP OYUNLARI

Qızıl Avropa Liqası üçün yekun heyət – voleybolçularımız Rumıniyaya yollandı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Vüqar Əliyev Qızıl Avropa Liqasında güvənəcəyi “13-lüy”ü müəyyənləşdirib.

O, turnirdə əsasən gənclərə güvənəcək. Bu gün Rumıniyaya yollanan millimiz rəsmi görüşlərdən öncə ev sahibi ilə bir neçə yoldaşlıq oyununda da qüvvəsini sınayacaq.

Azərbaycan millisinin heyəti: 
Libero:
1. Leyla Parşkova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova; 
Toppaylayıcılar: 14. Kristina Besman, 15. Raziyə Əliyeva, 18. Şəfaqət Alışanova; 
Blokçular: 6. Ayşən Abduləzimova, 8. Nilufər Ağazadə, 10. Anastasiya Mertsarova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk; 
Hücumçular: 4. İlhamə Əliyeva, 11. Anastasiya Bayduk.

Qeyd edək ki, mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda yer alan millimiz Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.