13:16 20-05-2021
news_image
131
FUTBOL

Mövsümün futbolçusu seçildi – Premyer Liqada

İngiltərə Futbol Yazıçılar Birliyi Premyer Liqada 2020/21 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirib.

Apasport.az saytının məlumatına görə, səsvermənin nəticəsinə görə, “Mançester Siti”nin müdafiəçisi Ruben Diaş ən yaxşı oyunçu adına layiq görülüb.

Portuqaliya millisinin üzvü respondentlərin 50 faiz səsini  toplayıb. O, müvafiq olaraq komanda yoldaşı Kevin De Bruyne və “Tottenhem”in hücumçusu Harri Keyni qabaqlayıb. Ötən yay 65 milyon funt-stelinqə “Benfika”dan transfer olunan Diaş cari mövsüm 31 oyun keçirib, 1 qola imza atıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında sona 1 tur qalsa da, “Mançester Siti” çempionluğu çoxdan rəsmiləşdirib.