16:26 20-05-2021
news_image
106
FUTBOL

300-cü oyunda 80-ci qələbə - avrokubok təmsilçimizdən

“Sumqayıt” Premyer Liqada 300-cü oyununu keçirib. Bu, XXVIII tura təsadüf edib. 

Apasport.az saytının məlumatına görə, “Səbail” üzərində qələbə həm də üç xalın qazanıldığı 80-ci matç olub. 

2011-ci ildən yüksək dəstədə çıxış edən sumqayıtlılar eyni sayda heç-heçə edib və 140 dəfə uduzub.

Komandaya bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə qazandıran oyun həm də səfərdə 150-ci matç olub. Bunların 29-da üç, 41-də bir xal qazanan komanda 80 dəfə rəqib meydanından məğlub ayrılıb.