22:06 20-05-2021
news_image
198
FUTBOL

Raykardı “Barselona”ya qaytarır? - Laporta

İspaniyanın “Barselona” klubu sabiq baş məşqçisi Frank Raykardı geri qaytara bilər.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisinin rəhbərliyi niderlandlı mütəxəssisin yenidən baş məşqçi olması variantını nəzərdən keçirir.

58 yaşlı çalışdırıcının bu postda sabiq komanda yoldaşı Ronald Kumanı əvəzləyəcəyi gözlənilir. Onu 2003-cü ildə kluba dəvət edən Joan Laporta yenidən Raykardı komandasında görmək istəyir.

Qeyd edək ki, 2013-cü ildən işsiz olan mütəxəssisin son komandası Səudiyyə Ərəbistanı yığması olub.