17:48 20-05-2021
news_image

Güləşçilərimizin rəqibləri dəqiqləşdi – Avropa çempionatında

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, mayın 21-dən 23-dək qitə birinciliyində yunan-Roma güləşçiləri mübarizə aparacaq. 

Bu gün güləşin bu növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

55 kq
1/4 final: Zaur Əliyev – Denis Florin Mihay (Rumıniya)

63 kq
1/8 final: Zaur Nuriyev – Aleksandru Trandafir (Rumıniya)

67 kq
1/8 final: Həsrət Cəfərov – Vasile Aleksandru Dosoftey (Rumıniya)

72 kq
1/8 final: Xasay Həsənli – Mixael Portman (İsveçrə)

87 kq
Təsnifat: Laçın Vəliyev – Şimon Şimonoviç (Polşa)

130 kq
1/8 final: Sərxan Məmmədov – Vladan Jivkoviç (Serbiya)

Qeyd edək ki, sabah 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. 60, 67, 72, 82 və 97 kq-da yer alan pəhləvanlar isə mayın 22-də mübarizəyə qoşulacaq.