22:35 20-05-2021
news_image
662
TOP OYUNLARI

Avropa çempionatının final mərhələsində rəqibləri bəlli oldu - yığmamızın

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, avqustun 18-dən sentyabrın 4-dək Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın birgə ev sahibliyi edəcəyi həlledici mərhələdə Azərbaycan yığmasının rəqibləri də bəlli olub. 

Komandamız Belqradda baş tutan püşkün nəticəsinə əsasən A qrupunda yer alıb. Voleybolçularımız final mərhələsində Serbiya, Rusiya, Belçika, Fransa və Bosniya və Herseqovinaya rəqib olublar. Millimizin oyunları Belqradda "Ştark Arena"da baş tutacaq. 

Yığmalar hərəsində 6 komanda olmaqla 4 qrupda yarışacaqlar. Reqlamentə əsasən hər qrupdan 4 yığma isə pley-offa yüksələcək.

Pley-off və 1/4 final mərhələsinin görüşləri Belqradla Plovdivdə baş tutacaq. Medallar uğrunda matçlar isə Serbiyada yekunlaşacaq. Yarımfinal və final oyunlarına Belqrad ev sahibliyi edəcək. 

A qrupu, Belqrad: Serbiya, Azərbaycan, Rusiya, Belçika, Fransa, Bosniya və Herseqovina
B qrupu, Plovdiv: Bolqarıstan, Polşa, Almaniya, İspaniya, Çexiya, Yunanıstan
C qrupu, Zadar: Xorvatiya, İtaliya, Belarus, Slovakiya, Macarıstan, İsveçrə
D qrupu, Kluj-Napoka: Rumıniya, Türkiyə, Hollandiya, Ukrayna, Finlandiya, İsveç

Qeyd edək ki, yığmamız final mərhələsinə son Avropa çempionatında 10-cu olmaqla vəsiqə qazanıb.