00:00 21-05-2021
news_image
251
TOKİO-2020

Daha bir hakimimizə etimad – Tokio-2020-də

Azərbaycanın daha bir hakimi Tokio-2020 Yay Olimpiya Oyunlarında ədaləti qoruyacaq. 

Apasport.az saytının məlumatına görə, karate idman növünün ardınca güləşdə də referimizin olacağı dəqiqləşib. 

Dünya Güləş Birliyi (UWW) Olimpiadada ədaləti qoruyacaq hakimlərin siyahısına l-S kateqoriyalı Asif Şirəliyevi də daxil edib. 

Onadək isə Oyunların karate yarışlarında Cahangir Babayevin referi olacağı rəsmiləşmişdi.