14:31 23-05-2021
news_image
498
FUTBOL

Çempionlar Liqası: Cəmi 7 mütəxəssisin bacardığı - SİYAHI

Gələn həftə Çempionlar Liqasının final oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçiləri “Mançester Siti” və “Çelsi” arasındakı görüş ərəfəsində turniri həm futbolçu, həm də baş məşqçi kimi qazanan mütəxəssislərin siyahısı açıqlanıb.

İndiyədək 7 mütəxəssis bunu bacarıb. “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola artır bu siyahıya düşüb. O, hər iki “amplua”da “Barselona” ilə uğur qazanıb.

Digər 6 nəfərdən ikisinin - Migel Munyosla Zinəddin Zidanın da bütün uğurları eyni klubla bağlıdır. Onlar hər ikisi “Real”da Çempionlar Liqasını qazanıb. 

Migel Munyos
Futbolçu: “Real” (1956, 1957, 1958)
Baş məşqçi: “Real” (1960, 1966)

Covanni Trapattoni
Futbolçu: “Milan” (1963, 1969)
Baş məşqçi: “Yuventus” (1985)

Yohan Kroyf 
Futbolçu: “Ayaks” (1971, 1972, 1973)
Baş məşqçi: “Barselona” (1992)

Karlo Ançelotti
Futbolçu: “Milan” (1989, 1990)
Baş məşqçi: “Milan” (2003, 2007), “Real” (2014)

Frank Raykaard
Futbolçu: “Milan” (1989, 1990), “Ayaks” (1995)
Baş məşqçi: “Barselona” (2006)

Pep Qvardiola
Futbolçu: “Barselona” (1992)
Baş məşqçi: “Barselona” (2009, 2011)

Zinəddin Zidan 
Futbolçu: “Real” (2002)
Baş məşqçi: “Real” (2016, 2017, 2018)