10:02 21-05-2021
news_image
63
FUTBOL

MLS-dən təklif – Kyelliniyə

İtaliya milli komandasının futbolçusu Corcio Kyellini MLS-dən təklif alıb.

Apasport.az saytının məlumatına görə, “Sinsinatti” klubu 36 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Kyellini “Yuventus”la yayda başa çatan müqaviləsini yeniləməsə, ABŞ təmsilçisi onu ələ keçirməyə cəhd edəcək. Şimali amerikalılar müdafiəçini azad agent kimi sıralarına qatmaq niyyətindədir.

Qeyd edək ki, veteran müdafiəçi cari mövsüm A seriyasında 16 matça çıxıb.