11:51 21-05-2021
news_image
114
DİGƏR NÖVLƏR

Test proseduru bəlli oldu - Azərbaycan Qran-Prisi zamanı

Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-Prisi zamanı komandaların test proseduru bəlli olub.

Bunu apasport.az saytına Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva deyib.

O bildirib ki, koronavirus pandemiyası səbəbindən yarış iştirakçıları test verməli olacaq: “Hər komandanın məskunlaşdığı yerin yaxınlığında test bazası olacaq. Hər komanda üzvü və nümayəndəsi beş gündən bir test verəcək”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi iyunun 4-6-da keçiriləcək.