13:13 21-05-2021
news_image
65
FUTBOL

Mövsümün qapıçısı seçildi - Navas

PSJ-nin qapıçısı Keylor Navas fərqləndirilib.

Apasport.az saytının məlumatına görə, kosta-rikalı Milli Peşəkar Futbolçular Birliyi (UNFP) tərəfindən Fransa Liqa1-də mövsümün qapıçısı seçilib.

O, aparılan səsvermənin nəticəsində mükafat uğrunda mübarizədə Mayk Menyan (“Lill”), Entoni Lopes (“Lion”), Stiv Mandanda (“Marsel”) və Benjamin Lekontu (“Monako”) üstələyib. 2019-cu ildə Menyan ən yaxşı qapıçı seçilmişdisə, ötən mövsüm erkən başa çatdığı üçün səsvermə keçirilməyib.

Qeyd edək ki, Liqa1-də sona bir tur qalmış turnir cədvəlində ikinci pillədə qərarlaşan PSJ 28 qol buraxıb.