13:59 21-05-2021
news_image
188
FUTBOL

Millimizin mövqeyi müəyyənləşdi – FİFA reytinqində

Milli komandaların FİFA reytinqi mayın 27-də açıqlanacaq.

Apasport.az saytının məlumatına görə, artıq yığmaların həmin siyahıdakı mövqeyi ilə bağlı ehtimallar cədvəli bəllidir.

Hesabat dövründə heç bir matç keçirməyən Azərbaycan milli komandasının da mövqeyi məlumdur. Yığmamız cədvəldə 1168 xalla dünyanın 110-cu komandası kimi qalacaq.

Son reytinq cədvəlində də eyni xalla eyni pillədə qərarlaşan millinin mövqeyi dəyişməyəcək. Ümumiyyətlə, siyahıda yalnız bir neçə dəyişiklik olacaq.

İlk üç pillədə Belçika (1783), Fransa (1757) və Braziliya (1743) yığmaları yer alacaq. Qardaş Türkiyə millisi 1505 xalla 29-cu sıradakı mövqeyində qalacaq.