14:48 21-05-2021
news_image
123
FUTBOL

“Bavariya”ya keçir – “Liverpul”un futbolçusu

“Liverpul”un yarımmüdafiəçisi Corcinyo Veynaldum Almaniyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, “Bavariya” Niderland millisinin üzvünün xidmətində maraqlıdır.

Münhen təmsilçisi 31 yaşlı orta sahə oyunçusunun menecerləri ilə əlaqə saxlayıblar. Hətta tərəflər arasında ilkin danışığın müsbət keçdiyi vurğulanıb. Veynaldum özü də karyerasını “Bavariya”da davam etdirmək niyyətindədir. Onun gələn ay azad agent statusuna malik olması almanlar üçün cəlbedicidir.

Qeyd edək ki, Corcinyo Veynaldum “Barselona”nın da transfer hədəfindədir.