15:01 21-05-2021
news_image
94
FUTBOL

Karyerasını bitirəcəyi tarixi müəyyənləşdirdi - Beyl

Uels millisinin hücumçusu Qaret Beyl karyerasını başa vurmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bunun üçün gələn il keçiriləcək dünya çempionatını gözləyir.

Hazırda icarə əsasında “Tottenhem”də çıxış edən və gələn ay müqavilə ilə məxsus olduğu “Real”a dönəcək 31 yaşlı oyunçu daha bir il “kral klubu”nda oynadıqdan sonra gələn ilin yayında futboldan getmək niyyətindədir. Beyl DÇ-2022-yə vəsiqə qazanacaqları təqdirdə son dəfə böyük turnirə qatılacaq.

Qeyd edək ki, Qaret Beyl bu mövsüm Premyer Liqada keçirdiyi 19 oyunda 9 qol vurub, 2 assist edib.