15:06 21-05-2021
news_image
84
FUTBOL

Qərarını AVRO-2020-dən sonraya saxladı - Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe Paris komandasında qalıb-qalmayacağı ilə bağlı son qərarı bu yay keçiriləcək AVRO-2020-dən sonra verəcək.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı forvard yeni müqavilə ilə bağlı danışıqları dondurub.

Fransa klubu millinin üzvünə 2025-ci ilin yayına qədər nəzərdə tutulan yüksək məvacibli yeni sözləşmə təklif edib. Mbappe isə qitə birinciliyindən sonranı gözləməyi məsləhət görüb. Klubu ilə müqavilə müddəti gələn ilin yayına qədər olan forvardla “Real” yaxından maraqlanır.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm 46 oyunda 41 qola, 11 məhsuldar ötürməyə imza atıb.