15:54 21-05-2021
news_image
287
FUTBOL

Nümunəvi addım – Qara Qarayevdən

“Qarabağ”ın vitse-kapitanı Qara Qarayev nümunəvi addımla yadda qalıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanı ikinci pillədə başa vuran Ağdam klubunun yarımmüdafiəçisi Vətən Müharibəsində şəhid olan azarkeş Məhəmmədəli İbrahimlinin məzarını ziyarət edib.

Qarayev şəhidin məzar daşı üzərindən klub rəhbərliyinin qərarı ilə ölümündən sonra layiq görüldüyü Azərbaycan Premyer Liqasının gümüş medalını asıb. Həmin medal mayın 24-də şəhidin ailəsinə təqdim olunacaq.

Qara Qarayev apasport.az saytına açıqlamasında ziyarətə gümüş medalla getmədiyi üçün məyus olduğunu gizlətməyib: “Bu haqda çox danışmaq istəmirəm. Hamımızın borcudur. Çox istərdim ki, ziyarətinə qızıl medalla gedim. İnşallah, növbəti mövsüm qismət olar”.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın son turunda “Neftçi” ilə (0:1) keçirilən matçdan əvvəl klub azarkeşi Məhəmmədəli İbrahimlinin adını medal alacaq komanda üzvlərinin siyahısına daxil etməklə, ilkə imza atıb.