16:20 21-05-2021
news_image
116
FUTBOL

Onu “Barselona”ya təklif etdi - Rayola

“Milan”ın qapıçısı Canluici Donnarumma karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, bu, “rossonyerlər”in Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olacaq.

22 yaşlı qolkiperin meneceri Mino Rayola “Barselona”ya müştərisinin xidmətini təklif edib. Agent “Milan”ın A seriyasında ilk “dördlük”də qalmayacağı təqdirdə, qapıçının azad agent kimi kataloniyalılara keçidinə çalışır. İspaniya təmsilçisi də Donnarummanı havayı gətirdikdən sonra qapıçısı Mark-Andre ter Ştegeni sataraq, gəlir əldə etməyin əleyhinə deyil.

Qeyd edək ki, Canluici Donnarumma 2015-ci ildən “Milan”ın əsas komandasında çıxış edir.