16:47 21-05-2021
news_image
271
FUTBOL

3 ayrılıq - “Sabah”da

“Sabah” müqavilə müddəti bitən 3 futbolçu ilə yollarını ayırıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar Məhəmməd Mirzəbəyov, Amadu Diallo və Alvaro Vilyetedir.

Paytaxt təmsilçisi adıçəkilən oyunçularla yeni sözləşmənin imzalanmayacağını bəyan edib.

Qeyd edək ki, Mirzəbəyov və Diallo 2019-cu ilin iyunundan “Sabah”ın uğurları üçün çalışırdı. Vilyete isə ötən ilin sentyabrında Kolumbiyanın “Patriotas” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.