00:07 22-05-2021
news_image
285
FUTBOL

“Sabah”ın intizamsızı – “Neftçi”nin ikisi

Azərbaycan Premyer Liqasının ən intizamsız futbolçuları məlum olub.

Apasport.az saytının məlumatına görə, başa çatan 29-cu ölkə çempionatında ən çox vərəqə alan oyunçular müəyyənləşib.

Mario Marina (“Sabah”)
Bosniya və herseqovinalı legioner çempionatda sarı vərəqə “rekordu” vurub. Aktivində “qırmızı” olmayan futbolçu 14 matçda xəbərdarlıqla cəzalanıb.

Adil Nağıyev (“Səbail”)
Arxa xətt oyunçusu mövsümdə 2 qırmızı vərəqə alan 5 futbolçudan biridir. Hər iki halda ikinci sarı vərəqə səbəbindən meydandan qovulan müdafiəçi daha 7 qarşılaşmada önündə xəbərdarlıq görüb.

Mamadu Kane (“Neftçi”)
Çempionun dayaq yarımmüdafiəçisinin də hesabında ikinci sarı vərəqə ilə bağlı olan “qırmızı” da var. Kane daha 6 görüşdə bir dəfə cəzalanıb.

Filip İvanoviç (“Sabah”)
Serbiyalı müdafiəçi mövsümün 10 matçında cəza alıb. O, bir qarşılaşmada ikinci sarı vərəqə üzündən meydandan qovulubsa, 9 matçda xəbərdarlıq alıb.

Merab Qiqauri (“Qəbələ”)
Mövsümdə iki qırmızı vərəqə alan yeganə oyunçudur ki, bunlardan biri birbaşa, digəri xəbərdarlıqlar üzündən olub. Gürcüstanlı yarımmüdafiəçi daha 7 görüşdə sarı vərəqə görüb.

Anton Krivotsyuk (“Neftçi”)
Milliləşən ukraynalı 9 çempionat qarşılaşmasında vərəqə alıb. Bunların 8-də sarı vərəqə ilə kifayətlənən müdafiəçi bir görüşdə iki xəbərdarlığa görə meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, iki qırmızı vərəqə alan digər oyunçu Dmitrios Çantakliasdır  (“Zirə”). Ancaq “sarı” alanlar siyahısında ikinci yerdə isə Vüqar Mustafayevdir (“Sumqayıt”) – 10 dəfə.