17:37 21-05-2021
news_image
218
FUTBOL

“Fatih Terim qalmayacaq” - “Qalatasaray”ın prezidenti

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz postunda qalarsa, baş məşqçi Fatih Terim postundan ayrılacaq.

Apasport.az xəbər verir ki, bunu klub rəhbəri özü mətbuat konfransında deyib.

O bildirib ki, seçkilərdə namizədliyini irəli sürməyi düşünür və qalib gələcəyi təqdirdə yeni çalışdırıcı axtarışına çıxacaq. Cengiz müqavilə müddəti başa çatan Fatih Terimlə əməkdaşlıqda maraqlı olmadıqlarını söyləyib: “Hazırkı namizədlərin kluba kömək edəcək səviyyədə olmadığını görsəm, namizədliyimi irəli sürəcəm. Yenidən prezident seçilsəm, Fatih Terim burada qalmayacaq”.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri mayın 29-na planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən iyuna təxirə salınıb.