17:43 21-05-2021
news_image
285
TOKİO-2020

Olimpiyaçılarımıza peyvənd olunacaq – Çingiz Hüseynzadə

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarına peyvənd vurulacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun mətbuat xidmətinə açıqlama verib. 

O bildirib ki, koronavirus infeksiyasına yoluxmayan bütün idmançılar vaksinasiya prosesinə cəlb olunacaqlar: “Xəstəliyə yoluxan və orqanizmində anticisim yaranan atletlərə peyvənd vurulmasına ehtiyac yoxdur”. 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax sonuncu çıxışında bildirib ki, Atletlər kəndində məskunlaşacaq Tokio Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi Oyunlar başlayana qədər vaksinasiya olunacaq.

Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Paralimpiada isə avqustun 24-dən sentyabrın 5-dək olacaq.